XƏBƏR
14:17

  Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu
Bu gün Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyi arasında Azərbaycan dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər szrə birgə fəaliyyət planına dair kommunike imzalanıb.

Agyol.az xəbər verir ki, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi Əli Əhmədov deyib ki, Partiya təkcə siyasi sahədə deyil, eyni zamanda mədəni sahədə də aktiv fəaliyyət göstərir.

Bu gün YAP-ın 740 min nəfər üzvü olduğunu deyən Ə.Əhmədov bildirib ki, partiyada xeyli sayda Azərbaycanın tanınmış mədəniyyət işçiləri təmsil olunur:

"YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır”.

İcra katibi vurğulayıb ki, YAP Mədəniyyət Nazirliyi ilə birlikdə tədbirlər həyata keçirəcək. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayevlə danışıqlar aparılıb: “Tədbirlərin bir hissəsi “Nəsimi ilİ” ilə bağlıdır. YAP-ın üzvü olan gənc müğənnilərin konsertləri nəzərdə tutulur. Həmçinin nazirliklə birgə teatr və muzeylərdə görüşlərin keçirilməsi nəzərdə tutulur”.ss




  Yayım tarixi :20 May 2019   14:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .