XƏBƏR
10:21

  DİM bakalavrlara müraciət edib

Gündəm

Xəbər lenti

2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 26 may 2019-cu il tarixində keçiriləcək II mərhələsində 53 №-li proqram üzrə Bakı şəhərində imtahan verəcək bakalavrlar test imtahanını Bakı şəhərində, imtahana buraxılış vərəqəsində göstərilən ünvanda kompüter vasitəsilə verəcəklər.

 

Agyol.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, həmin proqram üzrə Gəncə və Naxçıvan şəhərlərində imtahan verəcək bakalavrlar isə test imtahanını həmin şəhərlərdə, buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər.




  Yayım tarixi :20 May 2019   10:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .