XƏBƏR
12:34

  Görkəmli aktyor Rasim Balayevlə görüş keçirildi

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, Mayın 17 Bakı Kitab Mərkəzində görkəmli aktyor, Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli Rasim Balayevlə görüş keçirilib.

 

Sevimli aktyorla görüşdə onun çox sayda pərəstişkarları, sənət yoldaşları və ziyalılar iştirak edirdi. Çox emosional, səmimi, pozitiv və yumor hissi ilə dolu görüşdə Rasim Balayev aktyorluq peşəsinə qəlməyindən, milli kinematoqrafın hazırkı vəziyyətindən söz açdı, kinoda yaratdığı obrazlar, sevdiyi rollar haqqında danışdı və İ.Nəsiminin ən sevilən qəzəllərini oxudu.

 

Görkəmli aktyor Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək", "Dədə Qorqud", “Cavid ömrü” və başqa filmlərdəki rolları ilə tamaşaçıların sevgisini qazanmışdır. Bu filmlər milli kino sənətimizin qızıl fonduna daxildir.




  Yayım tarixi :18 May 2019   12:34

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .