XƏBƏR
17:06

  Prezident İlham Əliyev Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

Agyol.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etsin; Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

 

Mədəniyyət Nazirliyinə tapşırılır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etsin; Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

 

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.




  Yayım tarixi :17 May 2019   17:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .