XƏBƏR
15:21

  Azərbaycanda peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək

Gündəm

Xəbər lenti
Azərbaycanda peşə təhsil müəssisələri pulsuz dərsliklərlə təmin ediləcək.

Agyol.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.

Bu dəyişikliklərə əsasən, dövlət və bələdiyyə ümumi təhsil peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunacaq. Bu, peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artıracaq, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.

Hazırda yalnız ümumi təhsil müəssisələrində oxuyanlar dərsliklərlə pulsuz təmin olunurlar.

Qanuna dəyişiklik səsvermədən sonra qəbul edilib.




  Yayım tarixi :17 May 2019   15:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .