XƏBƏR
10:03

  Azərbaycan təmsilçisi "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib

Gündəm

Xəbər lenti

İsrailin Tel-Əviv şəhərinin "Ekspo Tel-Əviv" arenasında 64-cü "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

 

Agyol.az xəbər verir ki,  beynəlxalq mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli, teleaparıcılar Erez Tal, Assi Azar və aktrisa Lüsi Ayub olublar.

 

Azərbaycan təmsilçisi Çingiz Mustafayev "Truth" mahnısı ilə "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına yüksəlib.

 

Azərbaycanla yanaşı, finala Şimali Makedoniya, Niderland, Albaniya, İsveç Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta da yüksəliblər.

 

Qeyd edək ki, final mayın 18-də keçiriləcək.




  Yayım tarixi :17 May 2019   10:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .