XƏBƏR
15:48

  “Çelsi”nin keçmiş futbolçusu azarkeşləri Bakıya dəvət etdi

Gündəm

Xəbər lenti

“Çelsi” klubunun keçmiş futbolçusu, qanalı Maykl Essyen klub azarkeşlərini Bakıya dəvət edib.

 

Agyol.az xəbər verir ki, hazırda “Səbail” futbol klubunda çıxış edən futbolçu çağırışı öz “Instagram” səhifəsində paylaşıb.

 

O, xüsusilə, Azərbaycan xalqının dostsevərliyini vurğulayıb:

 

“Çelsi” azarkeşlərini Bakıya gəlməyə və öz komandalarını Avropa Liqasının finalında dəstəkləməyə çağırıram. Mən artıq üç aydır ki, Bakıda yaşayıram və burada hər şey mənim çox xoşuma gəlir. İnsanları çox mehribandır”.

 




  Yayım tarixi :16 May 2019   15:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .