XƏBƏR
14:51

  Azərbaycanla Belarusun idxal-ixrac əməliyyatlarının həcmi 82 milyon dolları ötüb

Gündəm

Xəbər lenti
Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 82 milyon ABŞ dollarını ötüb.

Agyol.az xəbər verir ki, bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilir ki, hesabat dövründə Belarusdan ölkəmizə idxalın dəyəri 74,4 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 8,1 milyon dollar olub.

Qeyd edək ki, ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 204 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 56 milyon dollar çoxdur.




  Yayım tarixi :16 May 2019   14:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .