XƏBƏR
14:48

  Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq

Gündəm

Xəbər lenti

Azərbaycanda mayın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ayol.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18°, gündüz 25-29° isti, Bakıda gecə 16-18°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 14-19°, gündüz 27-32° isti, dağlarda gecə 9-14°, gündüz 16-21° isti olacağı ehtimal edilir.




  Yayım tarixi :16 May 2019   14:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .