XƏBƏR
14:44

  Klaviaturada F və J hərfləri üzərindəki xəttin mənası

Gündəm

Xəbər lenti

Kompüterdən istifadə edən hər kəs yəqin fikir verib ki, klaviaturada olan F və J hərflərinin üzərində kiçik və qabarıq bir xətt var.

 

2002-ci ilə qədər bu qabarıq xətt klaviaturada yox idi. "F" və "J" hərflərindəki bu xəttlər sizə yol göstəricisi rolunu oynayır.

 

İşarə barmaqlarınızı bu iki düyməyə qoymanız lazımdır ki, digər barmaqlarınız daha tez və rahat hərəkət etsin.Cuni Butiçin bu icadı 10 barmaqla klaviatura istifadə edənlərın daha tez-tez yazmasına yardımçı olur.

 

Digər bir səbəbi isə, F və J hərflərinin köməyi ilə görmə əngəllilərin klaviaturada yaza bilməsini təmin etməkdir.Hərflərin hər klaviaturada eyni olduğu üçün F və J hərflərinin yerini tapınca digər hərflərin yerlerini də tapmış olurlar amma bunun üçün əvvəl bu iki hərfin ətrafındakı hərfləri əzbərləmələri lazımdır. Hətta sensorsuz mobil telefonların “5” düyməsində də bu xətt mövcuddur.

 




  Yayım tarixi :16 May 2019   14:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .