XƏBƏR
11:49

  Ulu öndər Heydər Əliyevlə bağlı fotosənədlərin elektron versiyası hazırlanıb

Gündəm

Xəbər lenti

Dövlət Kino-Foto Sənədləri Arxivində ulu öndər Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illəri əks etdirən fotosənədlərin elektron versiyası hazırlanıb.

 

Agyol.az xəbər verir ki, bu barədə Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov bildirib.

 

Onun sözlərinə görə, elektron versiyada Ulu Öndərin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illəri əks etdirən 1435 saxlama vahidi fotosənəd yer alır.

 

Fotosənədlərin mövzusunun əsasını memarlıq, şəhərsalma, sənayeləşmə, aqrar-sənaye kompleksləri, hərbi təhsil, metro tikintisi, elm-mədəniyyət xadimləri ilə görüş, xarici ölkələrdən gələn qonaqların qəbulu, dövlət mükafatlarının təqdim edilməsi, meşə və yaşıllıqların salınması təşkil edir.




  Yayım tarixi :16 May 2019   11:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .