XƏBƏR
11:24

  Stolüstü tennis üzrə klub və həvəskar komandalar arasında liqa çempionatının növbəti turlarına yekun vurulub

Gündəm

Xəbər lenti

Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə klub və həvəskar komandalar arasında liqa çempionatının altıncı və yeddinci turları keçirilib.

 

Agyol.az xəbər verir ki, Federasiyadan bildiriblər ki, “Şüa” idman-sağlamlıq kompleksində təşkil olunan yarışda 13 komanda mübarizə aparıb. Yekunda “Stellar” komandası 13 xalla birinci pillədə qərarlaşıb. İkinci və üçüncü yerləri 12 xalla “Vitta” və “Ümid” komandaları tutublar.

 

Pilot layihə olan liqa çempionatı klub sisteminin inkişaf etdirilməsi məqsədilə təşkil olunub.




  Yayım tarixi :16 May 2019   11:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .