XƏBƏR
15:05

  Ermənilərin əlifbası da oğurluq çıxdı - “Efiopiyada gördüm ki...” - VİDEO

Gündəm

Xəbər lenti

"Efiopiyada səfərdə olanda onların milli muzeyinə getdik və orada mənfur qonşularımız olan ermənilərin daha bir saxtakarlığının şahidi olduq”.

 

Agyol.az xəbər verir ki,Bunu BakuPost-a Əməkdar artist, professor Mənsum İbrahimov Efiopiya səfəri barədə təəssüratlarını bölüşərkən deyib. 

 

Onun sözlərinə görə, Ermənistanın əlifbası eynilə qədim Efiopiya əlifbasıdır: "Orda onların qədim əlifbası ilə tanış olduq. Baxan kimi aydın görünür ki, ermənilər bu əlifbanı oğurlayıb, öz əlifbaları kimi təqdim ediblər. Orda mətbuata açıqlamamda da dedim ki, belə çıxır, bu xalqın hər şeyi oğurluqdu. Daha çox bizdən oğurlayıblar, amma təkcə bizlə kifayətlənməyiblər, Efiopiyanın da əlifbasını oğurlayıblar. Yəqin düşünüblər ki, uzaq Afrika ölkəsi olduğuna görə bun heç kim bilməyəcək”.

 

M.İbrahimovun bu və ümumiyyətlə, səfərlə bağlı video açıqlamasını təqdim edirik:  




  Yayım tarixi :14 May 2019   15:05

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .