XƏBƏR
14:27

  Əli Əhmədov: Azərbaycanın mənafeyinə hörmətlə yanaşan istənilən beynəlxalq təşkilatla əməkdaşlıq etməyə hazırıq

Gündəm

Xəbər lenti

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlığa böyük önəm verir.


Agyol.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

 

Ə.Əhmədov bildirib ki, Azərbaycan bütün beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır:

 

"Azərbaycanla Aİ arasında bir sıra məsələlər müzakirə olunur. Birmənalı şəkildə istənilən əməkdaşlıqda Azərbaycanın maraqları nəzərə alınacaq. Azərbaycanın mənafeyinə hörmətlə yanaşan istənilən beynəlxalq təşkilatla əməkdaşlıq etməyə hazırıq".




  Yayım tarixi :14 May 2019   14:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .