XƏBƏR
15:15

  “Arsenal” və “Çelsi” rəsmiləri Bakıda

Gündəm

Xəbər lenti
UEFA Avropa Liqası turnirinin bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı komandaların – “Arsenal” və “Çelsi” klublarının rəsmilərinin, eləcə də, UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb. 

Agyol.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı hotellərlə yerində tanış olacaq, eləcə də, final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.




  Yayım tarixi :13 May 2019   15:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .