XƏBƏR
12:01

  “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinə start verilib

Gündəm

Xəbər lenti

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi İsraildə, Tel-Əviv şəhərinin mərkəzində, Qabim teatrında, 41 milli nümayəndə heyətinin iştirakı ilə başlayıb.

 

Agyol.az xəbər verir ki, TASS-ın məlumatında qeyd edilir ki, “Eurovision kəndi” Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar bildirirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.

 

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.

 

Qeyd edək ki, Azərbaycanın “Eurovision 2019” təmsilçisi Çingiz Mustafayev ikinci məşqini də uğurla tamamlayıb. Təmsilçimiz “Eurovision-2019”da ikinci yarımfinalda “Truth” mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.




  Yayım tarixi :13 May 2019   12:01

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .