XƏBƏR
14:22

  İsveçrədə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan futbol turniri keçirilib

Gündəm

Xəbər lenti
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə İsveçrədə futbol turniri təşkil olunub.

Agyol.az xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən “Diplomatlar kuboku - 2019” turniri həm də Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyini təbliğ etmək məqsədi daşıyıb.

İsveçrədə akkreditə olunan diplomatik korpusun təmsilçiləri arasında keçirilən turnir Rusiya komandasının qələbəsi ilə başa çatıb. Sonda qalib və iştirakçılara kubok və xatirə hədiyyələri təqdim edilib.

Futbol turniri çərçivəsində Azərbaycanın “Eurovision” təmsilçisinin lehinə təbliğat işi də aparılıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü İsveçrədə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində də qeyd edilib. Heydər Əliyevə həsr olunan dərsdə şagirdlərə Ümummilli Liderin zəngin irsi barədə məlumat verilib. Məktəbin şagirdləri müdrik rəhbərin zəngin həyat və fəaliyyətini əks etdirən kitab və fotoşəkillərlə tanış olublar.




  Yayım tarixi :11 May 2019   14:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .