XƏBƏR
21:10

  Azərbaycan XİN: Ermənistan rəhbərliyi reallığı dərk etməli və öz əhalisini aldatmağa son qoymalıdır

Gündəm

Xəbər lenti

Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfər, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi "Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir" kimi fikirlər münaqişənin həlli üzrə aparılan danışıqlar üçün çox yanlış ismarışdır.

 

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

 

O bildirib ki, rəsmi Yerevanın son açıqlamaları son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalinin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir: "Hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür".

 

L.Abdullayeva xatırladıb ki, bütün beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət Azərbaycanın tanınmış dövlət sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə, öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar.

 




  Yayım tarixi :09 May 2019   21:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .