XƏBƏR
10:50

  Xəzərdə borudüzən gəmidə baş verən yanğının SƏBƏBİ açıqlandı

Gündəm

Xəbər lenti

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində baş verib.

 

Agyol.az xəbər verir ki, baş verən yanğın nəticəsində müxtəlif dərəcəli yanğın xəsarətləri alan 14 nəfər "Citadel" gəmisi vasitəsi ilə gecə saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

 

Şirkət qeyd edib ki, baş verən hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur: "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq".

 




  Yayım tarixi :09 May 2019   10:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .