XƏBƏR
15:46

  Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi ehtiramla yad edilib

Gündəm

Xəbər lenti
1992-ci il iyun ayında ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan, əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin Slutsk şəhərində anma mərasimi keçirilib.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Belarus xalqının ənənəvi bayramı sayılan “Radonitsa” günündə ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri Milli Qəhrəmanın anası Kima Davidoviç ilə görüşüblər. Əvvəlcə Milli Qəhrəmanımızın məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Mərasimdə A.Davidoviçin gənclik və xidmət illəri barədə danışılıb, onun göstərdiyi şücaət xatırlanıb.

Vurğulanıb ki, mayor A.Davidoviçin qəhrəmanlığı Azərbaycan və Belarus xalqları arasında dotluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.

Qəhrəmanın anası da öz növbəsində çıxış edərək oğlunun xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına, Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.




  Yayım tarixi :08 May 2019   15:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .