XƏBƏR
12:19

  “İlk kosmonavt” viktorinasının qalibləri müəyyən olunub

Gündəm

Xəbər lenti

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası ilk kosmonavt Yuri Qaqarinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar viktorina təşkil edib.

 

Agyol.az xəbər verir ki, kitabxanadan bildirilib ki, artıq viktorinanın qalibləri müəyyən olunub. Birinci yerə Zərdab rayonu H.B.Zərdabi adına 1 nömrəli məktəb-liseyin şagirdi Məhəmməd Nuri, ikinci yerə Şəki şəhəri 5 nömrəli tam orta məktəbin şagirdi Rəvan Ələsgərli, üçüncü yerə isə Quba rayonu Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbin şagirdi Afət Rəhimova layiq görülüb. Hər üç qalib fəxri fərmanla mükafatlandırılacaq.

 

Viktorinada fəal iştirak edənlər də təşəkkürnamələrlə təltif olunacaq.




  Yayım tarixi :08 May 2019   12:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .