XƏBƏR
12:07

  Millimiz Braziliya, Dominikan Respublikası və Kamerun yığmaları ilə qarşılaşacaq

Gündəm

Xəbər lenti

Qadın voleybol komandaları arasında kontinental Olimpiya təsnifat turnirinə ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

 

Agyol.az xəbər verir ki, Azərbaycan millisi Braziliya, Dominikan Respublikası və Kamerun ilə birlikdə “D” qrupunda mübarizə aparacaq. Millimizin yer aldığı qrupun oyunları Braziliyada təşkil olunacaq.

 

Avqustun 2-4-də keçiriləcək turnirin yekununda qrupda birinci yeri tutan komanda “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.




  Yayım tarixi :08 May 2019   12:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .