XƏBƏR
12:04

  Elçin Quliyev Ermənistanla təmas xəttindəki bölmələrin döyüş fəaliyyətini yoxlayıb

Gündəm

Xəbər lenti
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Agyol.az xəbər verir ki, DSX-dən verilən məlumata görə, E.Quliyev sərhəd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan silahlı qüv­və­lərinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.




  Yayım tarixi :08 May 2019   12:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .