XƏBƏR
11:55

  Bu gün futzal üzrə Yüksək Liqada play-off mərhələsinə start verilir

Gündəm

Xəbər lenti

Mayın 8-də futzal üzrə Yüksək Liqada play-off mərhələsinin ilk oyunları keçiriləcək.

 

Agyol.az xəbər verir ki, əvvəlcə meydana əsas mərhələni ikinci və üçüncü pillədə başa vurmuş “Neftçi” və “Xəzər Cənub” çıxacaqlar. Cəzalı olduğuna görə, “Neftçi”nin kapitanı Rüfət Balakişiyev komandasına kömək edə bilməyəcək. “Xəzər Cənub”da isə cəzalı futzalçı yoxdur.

 

Günün ikinci oyununda son çempion “Araz”la EKOL üz-üzə gələcək. Hər iki komanda meydana tam heyətlə çıxa bilməyəcək. “Araz”da Xətai Bağırov, EKOL-da isə Emin Kürdov cəzalı olduğuna görə qarşılaşmanı kənarda izləyəcək.

 

Qeyd edək ki, hər iki oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 




  Yayım tarixi :08 May 2019   11:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .