XƏBƏR
10:51

  İtaliya A Seriyası: “Milan” vacib qələbə qazanıb

Gündəm

Xəbər lenti

Mayın 6-da İtaliya A Seriyasının 35-ci turuna yekun vurulub.

 

Agyol.az xəbər verir ki, turun sonuncu qarşılaşması “San Siro” stadionunda təşkil olunub. “Milan” doğma azarkeşlər önündə “Bolonya” klubunu qəbul edib.

 

Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 2:1.

 

Oyunda hesabı Milan təmsilçisi açıb. Suso adını tabloya yazdırıb - 1:0. Qarşılaşmanın növbəti qolu ikinci hissəsinin 67-ci dəqiqəsində vurulub. Qapıçının qaytardığı topa hamıdan tez yetişən Fabio Borini bir toxunuşla qapıdan keçirdib 2:0. Oyunun 72-ci dəqiqəsində hesab arasındakı fərq azalıb. Meydana təzəlikcə girən Matias Destro adını tabloya yazdırıb - 2:1.

 

Matçın 74-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Paketa ikinci sarı vərəqəsini alaraq meydandan qovulub.

 

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

 

Bu qələbə sayəsində “Milan” xalların sayını 59-a çatdıraraq turnir cədvəlində beşinci, “Bolonya” isə 37 xalla 15-ci yerdə qərarlaşıblar.

 




  Yayım tarixi :07 May 2019   10:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .