XƏBƏR
10:35

  Prezident Anar Ələkbərovu təltif etdi - Siyahı

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Fondun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıda adı olan əməkdaşları təltif ediliblər:

 

“Şöhrət” ordeni ilə

 

Ələkbərov Anar Sahib oğlu

 

“Tərəqqi” medalı ilə

 

Ağayeva Şəmirə Vahid qızı

 

Bayramov Azər Novruz oğlu

 

Əliyeva Gülşən Şəfa qızı

 

Məmmədov Emin Səlhab oğlu

 

Məmmədov Soltan Teymur oğlu.

 

Qeyd edək ki, Anar Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktoru və Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini daşıyır.




  Yayım tarixi :07 May 2019   10:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .