XƏBƏR
15:25

  YAP Sədrinin müavini: Parçalanmağa meylli qüvvələr cəmiyyəti birləşdirə biməz

Gündəm

Xəbər lenti

“Bugünkü reallıqlardan biri odur ki, Azərbaycan müxalifəti özünü dağıdıcı bir güc kimi ifadə edir. Təsəvvür edin, vaxtilə bir yerdə olan müxalifət partiyaları indi parçalanıb, birləşmək niyyətləri belə yoxdur. Vaxtilə vahid siyasi qüvvə olan Xalq Cəbhəsi, daha sonra Müsavat Partiyası kimi fəaliyyət göstərənlər bir neçə yerə parçalandılar. Onların hakimiyyətdə olduğu 90-cı illərin əvvəllərində cəmiyyət parçalanmışdı. Şimal və Cənubda müəyyən qüvvələr ortaya çıxmışdı, mərkəzdə müxtəlif məqsədlərə və siyasi partiyalara xidmət edən silahlı qüvvələr tüğyan edirdi, ölkə parçalanırdı. Hakimiyyətin daxilində bir-biri ilə mübarizə aparan dəstələr var idi. Bakıdan Gəncəyə, Gəncədən Bakıya silahlı qüvvələr göndərirdilər ki, hakimiyyəti parçalasınlar”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

 

Agyol.az xəbər verir ki, Əli Əhmədov bildirib ki, parçalanmağa meylli qüvvələr cəmiyyəti birləşdirə biməz. Bu, cəmiyyət üçün böyük fəlakətə gətirib çıxara bilər. Təsəvvür edin, onlar hakimiyyətə gəlsələr, Azərbaycanda nə qədər bir-biri ilə mübarizə aparan hakimiyyətdaxili qüvvələr olar. Onlar dağıtmaq və parçalamağı daha yaxşı bacarır, cəmiyyətin birləşdirici güc mənbəyi kimi özlərini təsdiq edə bilmirlər. Dağıdıcı bir güc kimi fəaliyyət göstərən, birləşə bilməyən, öz aralarında normal dialoq təşkil edə bilməyən bir qüvvə Azərbaycan üçün nə vəd edə bilər?

 

”Azərbaycan indi çox dəyişib, 90-cı illərin əvvəllərində vəziyyətlə müasir dövrü müqayisə etsək, bunun şahidi olarıq. Tarixi miqyasda baxanda iki Azərbaycan haqqında danışırıq. 90-cı illərin əvvəllərində fəlakətlə üz-üzə qalan, açlıq və səfalətin tuğyan etdiyi, parçalanma ərəfəsində olan və hazırkı, sürətlə inkişaf edən, gözəlləşən, müasirləşən, paytaxtı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən, dünyanın ən mötəbər tədbirlərinin keçirildiyi Azərbaycan. Bu, mənfur qüvvələrin istəmədiyi Azərbaycandır və imkan vermək olmaz ki, onlar yenidən fürsət tapıb əldə olunmuş nailiyyətləri dağıtsın, ölkəni yenə də 90-cı illərin əvvəllərindəki vəziyyətə gətirsinlər. Biz bu niyyətlə yaşayan müxalifətin qəti əleyhinəyik”-deyə, YAP Sədrinin müavini vurğulayıb.




  Yayım tarixi :06 May 2019   15:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .