XƏBƏR
14:42

  ƏHLİMAN TAĞIYEV: ŞƏXSİ AMBİSİYASINA GÖRƏ ERMƏNİYƏ "DAYI" DEYƏN ƏLİ İNSANOV....

Gündəm

Xəbər lenti

Azərbaycan Respublikasının Milli Məclisi Aparatının eksperti Əhliman Tağıyev Agyol.az a açıqlama verib. O bildirib ki, 

İçəridəydi, bayıra buraxılıb.....

Dediyindən aydın olur ki, QƏRBdən əsən "külək" onu "ayazıdıb" - danışır, amma sərsəm....

Bu yaşda gedib "kiminsə" qucağında oturmaqdansa, təmtəraqlı şəraitli evlərinin birində oturub keçmiş günahlarını yuya biləcək işlərlə məşğul olsaydı daha yaxşı olardı. Zatən adamın durumu da budur. Heç yaşına uyğun havaya oynamır - özü də KƏFƏNLƏ!!!.....

Gərək "UTANMASAN OYNAMAĞA NƏ VAR Kİ" məşhur kəlamını kəfən edib bu yaşında "əyninə geyinməyəydi" - kənardan çox eybəcər görsənir. Danışığından və davranışından belə aydın olur ki, "qanadlı DƏVƏ" kimi qarşısına hər nə çıxsa söküb-dağıdacaqdır. Daha anlamır ki, o həbsxanada oğru qanunlarını mənimsəməklə məşğul olduğu vaxtlarda Azərbaycan heç zaman olmadığı qədər tarixinin ən inkişaf etmiş fazasına daxil olmuş və bu uğurlu siyasətin ardı xalqımızı və dövlətimizi daha böyük zəfərlərə daşıyacaqdır. Böyük inkişafın mahiyyətinə uyğun olaraq ölkə vətəndaşlarının yüksək həyat səviyyəsini hədəfləyən SOSİAL DÖVLƏT siyasəti uğurla icra olunur. İlbəil dövlətimiz daha da güclənir, xəyal edilə biləcək və nankor düşmənlərin həsəd apara biləcəyi MEQA layihələrin icrası ardıcıl olaraq müvəffəqqiyətlə həyata vəsiqə qazanır. Dövlətimiz tarixinin ən qüdrətli və ən möhtəşəm intibah dövrünü yaşamaqdadır.....

Sizinsə gözünüzdən hələ də hikkə və qisasçılıq toru çəkilməyib - artıq "təkəbbür və qisasçılıq" simvoluna çevrilməkdəsiniz. 10 milyonluq vətəndaşımızın biri olduğunuzdan sizə tövsiyəmiz bu olardı ki, gözünüzdəki o zərərli toru təmizləyib Ulu Öndər Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyev tərəfindən büsbütün yenilənmiş, tamamilə müasir görkəm almış, güclü və möhkəm dayaqlar üzərində bərqərar olan QÜDRƏTLİ MƏMLƏKƏTə diqqətlə baxasınız. O zaman siz hər şeyi çox aydın dərk edərsiniz - əks təqdirdə siz bu möhkəm dayaqlara çırpılaraq hikkəli ambisiyalarınızla birlikdə paramparça olacaqsınız.

Nə qədər gec deyil şansınızı sınayın......


Eldar Orucov Agyol.az İnformasiya Agentliyinin redaktoru.




  Yayım tarixi :06 May 2019   14:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .