XƏBƏR
14:40

  Abituriyentlərin nəzərinə

Gündəm

Xəbər lenti
Mayın 12-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Agyol.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/  linkinə daxil olmaq lazımdır.

Abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmır.




  Yayım tarixi :06 May 2019   14:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .