XƏBƏR
14:38

  Paytaxtın 2 küçəsində rənglənmə işləri aparılacaq

Gündəm

Xəbər lenti

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Yusif Səfərov və Üzeyir Hacıbəyli küçələrinin hər iki istiqamətində mayın 6-sı saat 22:00-dan mayın 7-si 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

 

Agyol.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Sürücülərdən bu vaxt ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.




  Yayım tarixi :06 May 2019   14:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .