XƏBƏR
14:35

  Orenburqda keçiriləcək Avropa kubokunda Azərbaycanı kişi cüdoçular təmsil edəcəklər

Gündəm

Xəbər lenti

Orenburqda keçiriləcək Avropa kuboku yarışlarında Azərbaycanı kişi cüdoçular təmsil edəcəklər.

 

Agyol.az xəbər verir ki, mayın 18-19-da keçiriləcək qitə turnirində 12 azərbaycanlı cüdoçu mübarizə aparacaq. Belə ki, Balabəy Ağayev (60 kq), Nurlan Osmanov, İlkin Babazadə, İbrahim Əliyev, Elbrus Zamanov (hamısı 66 kq), Telman Vəliyev, Kərim Allahverdiyev (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Qurban Qurbanov, Aslan Mirzəyev (hər ikisi 90 kq), Kənan Abdullaxanlı (100 kq) və Rüstəm Kotsoyev (100 kq-dan yuxarı) güclərini sınayacaqlar.




  Yayım tarixi :06 May 2019   14:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .