XƏBƏR
14:05

  "Heydər zirvəsi"nə yürüş

Gündəm

Xəbər lenti

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 4-5 may tarixlərində "Heydər zirvəsi"nə yürüş olub.

 

Agyol.az xəbər verir ki, "Everest" İdman Klubu tərəfindən təşkil edilmiş zirvə yürüşünə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli də qoşulub. İştirakçılar zirvədə Azərbaycan bayrağını qaldırıblar.

 

Qeyd edək ki, 1998-ci ildə ümummilli liderin şərəfinə Heydər adı verilən zirvə Qızı Qaya massivində dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşir. Zirvəyə heykəltəraş Münəvvər Rzayeva tərəfindən hazırlanmış üzərində Heydər Əliyevin barelyefi olan bürünc lövhə yerləşdirilib.




  Yayım tarixi :06 May 2019   14:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .