XƏBƏR
12:26

  Əli Əhmədov: Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətinə xalq dərin hörmət və ehtiramla yanaşır

Gündəm

Xəbər lenti

Bütün Azərbaycan xalqı bu gün ulu öndər Heydər Əliyevn xatirəsini dərin ehtiramla yad edir. Bu, təsadüfi deyil. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətinə xalq dərin hörmət və ehtiramla yanaşır.

 

Agyol.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Heydər Əliyev irsi və sosial siyasət" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

Ə.Əhmədov bildirib ki, Heydər Əliyevn xatirəsi nəinki insanların qəlbində yaşayır, eyni zamanda onun siyasəti bu gün də davam edir: “Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının bariz nümunəsidir. Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində sosial məsələlər daim əhəmiyyətli yer tutub və bu da ulu öndərin insanların qəlbində yer tapmasının izahlarından biri ola bilər. Prezident İlham Əliyevin uğurla reallaşdırdığı siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı, sosial vəziyyətinin yaxşılaşdırılması kimi mühüm məsələlər dayanır. Ən mühüm məsələ, birincisi, vətəndaşın təhlükəsizliyinin təmin edilməsi, ikinci isə rifahının yaxşılaşdırılmasıdır. Azərbaycan dövləti hər iki vəzifəni layiqincə yerinə yetirib. İnsanların güzəranın yaxşılaşdırılması Prezident İlham Əliyevin siyasətinin ən başlıca istiqamətlərindəndir”.

 

Baş nazirin müavini vurğulayıb ki, Prezident İlham Əliyev vətəndaşların rifahının yaxşılaşdırılması üçün daim addımlar atır: "Son bir neçə ayda Prezident tərəfindən imzalanan fərman və sərəncamlar vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edib. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaq".

 




  Yayım tarixi :06 May 2019   12:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .