XƏBƏR
11:10

  XİN: Rusiyadakı təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Gündəm

Xəbər lenti

Rusiyada baş vermiş təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.


Agyol.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Qeyd edək ki, dünən Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 41 nəfər həlak olub.

Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. "Şeremetyevo" hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.

Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.

 




  Yayım tarixi :06 May 2019   11:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .