XƏBƏR
15:38

  Oqtay Əsədov İtaliyaya səfər edəcək

Gündəm

Xəbər lenti

Mayın 6-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Romaya səfər edəcək.

 

Agyol.az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

 

Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Azərbaycanla dostluq qrupunun təmsilçiləri ilə görüşlər keçirəcək, qanunvericilik orqanları arasında əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Burada deputatlarımız İtaliya parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olacaqlar.

 

Mayın 8-də nümayəndə heyəti geri qayıdacaq.




  Yayım tarixi :04 May 2019   15:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .