XƏBƏR
11:17

  ISESCO-nun baş direktoru: Azərbaycan dünyanın faydalana biləcəyi gözəl bir nümunə təklif edir

Gündəm

Xəbər lenti

Dünyada təhlükəsizliyin və əmin-amanlığın təmin olunması istiqamətində səylər göstərən Azərbaycan bu gün açıq, demokratik, sabitlik ölkəsi kimi digər dünya dövlətlərinin faydalana biləcəyi gözəl bir nümunə təklif edir.

 

Agyol.az xəbərverir ki, bu sözləri müsahibəsində Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

 

“Nifrət nitqinə qarşı mübarizə aparmaq, terror hücumlarının qarşısını almaq və bu kimi problemləri həll etmək üçün yeganə yol səmimi şəraitdə dialoqların aparılmasıdır ki, bu da öz növbəsində xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanın, əmin-amanlığın və hörmət mühitinin yaranmasına gətirib çıxarır.

 

Azərbaycanda keçirilən bu Forum dünya ictimaiyyətinə bəşəriyyəti narahat edən problem və çağırışları hökumətin və ölkə rəhbərliyinin də tam dəstəyi ilə açıq və səmimi şəraitdə müzakirə etməsi üçün gözəl imkan yaradır. Azərbaycan Prezidenti İlham Əliyev sülhün, birgə yaşayışın, dövlətlər və xalqlar arasında dostluq və əməkdaşlıq mühitinin yaradılmasının carçısı kimi çıxış edir", - deyə Baş direktor əlavə edib.




  Yayım tarixi :04 May 2019   11:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .