XƏBƏR
11:07

  "Messi 45 yaşında da Barcelona üçün oynayacaq" - Βartomeu

Gündəm

Xəbər lenti

Barcelona-nın prezidenti Xosep Bartomeu 31 yaşlı Lionel Messinin gələcəyi haqda açıqlama verib.

 

Prezident Messinin hələ uzun illər Kataloniya təmsilçisində qalacağına inanır:

 

"Biz Messinin burada neçə il qalacağını bilmirik. Bu 3 il də ola bilər 7-8 il də. Messi Barcelona-da istədiyi qədər qala bilər. Kim bilir, bəlkə Messi 45 yaşında da Barcelona üçün oynayacaq. Biz Messinin gedəcəyinə hazırlaşırıq. Dembele, Artur və Lenqle kimi oyunçular bunun üçün buradadırlar. Biz bütün oyunçulara Messi ilə keçirdikləri bütün zamanlarının qədrini bilmələrini deyirik. Biz Messinin burada karyerasını bitirəcəyinə inanırıq. Mən hər zaman Peleni yada salıram. Samboçu bütün karyerası boyunca Santos-da çıxış etdi. Messinin də bir kluba sadiq qalacağına inanıram".

 

Qeyd edək ki, Messinin Barcelona ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.




  Yayım tarixi :04 May 2019   11:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .