XƏBƏR
12:44

  Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü keçirilir

Gündəm

Xəbər lenti

Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu açılış mərasimindən sonra işini “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü ilə davam etdirir.

 

Agyol.az xəbər verir ki, məlumatına, tədbirin moderatoru, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 2016-cı il yanvarın 1-də dünya ölkələrinin liderlərinin bir araya gələrək qəbul etdikləri 17 Dayanıqlı İnkişaf Məqsədinin əsas vəzifəsinin hazırda bəşəriyyətin inkişafının qarşısında duran əsas problemlərin həll edilməsi olduğunu deyib.

 

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif belə mühüm Forumda iştirakından məmnunluğunu ifadə edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

 

Al-Naşif bildirib ki, bu gün insanların fikirlərində sülhü və təhlükəsizliyi təbliğ etməyə ehtiyac var. O qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün dialoqun və tərəfdaşlığın mühüm rolu var.

 

Xatırladaq ki, mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

 

İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.




  Yayım tarixi :02 May 2019   12:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .