XƏBƏR
20:49

  Prezident: Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır

Gündəm

Xəbər lenti

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının qəbul edildiyini deyib. Dövlət başçısı bildirib ki, bu, çox önəmli hadisədir. Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5 minə yaxındır. Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir.

 

Agyol.az xəbər verir ki, Prezident İlham Əliyev iclasda ölkənin sosial infrastrukturunun daim diqqət mərkəzində olduğunu qeyd edib. Ölkə rəhbəri bildirib ki, bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər. Bunun da çox böyük faydası var, xüsusilə ucqar kəndlərdə. Bu məktəblər həm tez bir zamanda ərsəyə gəlir, həm də keyfiyyət baxımından çox yüksək standartlara cavab verir.

 

Prezident qəzalı məktəblər probleminin həlli istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb: “Hesab edirəm ki, biz qəzalı məktəblər problemini bu il, uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb və görüləcək”.




  Yayım tarixi :01 May 2019   20:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .