XƏBƏR
14:44

  Azərbaycan Prezidenti: Son 15 ildə 2 milyon iş yeri yaradılıb

Gündəm

Xəbər lenti

İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. Son 15 il ərzində 2 milyon iş yeri yaradılıb.

 

Agyol.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

“İş yerlərinin yaradılması üçün sərmayə qoyuluşu əsas vəzifədir. Dövlət tərəfindən yaradılan iş yerləri, sadəcə olaraq, sosial xarakter alır. Biz bunu edirik və edəcəyik. Ancaq bu missiyanı özəl sektor sərmayə qoyuluşu hesabına öz üzərinə götürməlidir. Sərmayə qoyuluşu olmasa iş yerləri necə yaradıla bilər?! Dövlət daim iş yerlərini yarada bilməz. Biz, sadəcə olaraq, işsizliyin azaldılması üçün bu işləri görürük. Bildirməliyəm ki, bu il 40 min ödənişli ictimai iş yeri açılır. Mənə verilən məlumata görə, artıq 35 min insan bu il ödənişli ictimai işlərlə təmin edilib. Bu, yenə də deyirəm, sosial təşəbbüsdür, sosial dəstəkdir. Ancaq özəl sektor, ilk növbədə, sərmayə qoymalıdır, iş yerləri yaratmalıdır və rəqabətqabiliyyətli məhsul istehsal etməlidir", - deyə ölkə başçısı diqqətə çatdırıb.




  Yayım tarixi :01 May 2019   14:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .