XƏBƏR
15:02

  UEFA Avropa Liqasının final matçına 100-dən çox xarici ölkənin vətəndaşları bilet alıblar

Gündəm

Xəbər lenti

UEFA Avropa Liqasının 2018-2019-cu mövsümünün mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa əcnəbi futbolsevərlər tərəfindən böyük maraq göstərilir.

 

Agyol.az xəbər verir ki, finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) biletdən əlavə, UEFA tərəfindən onlayn satışa çıxarılmış 21 min 500 bilet məhz 100-dən artıq ölkənin vətəndaşları tərəfindən alınıb. Bundan başqa, UEFA-nın tərəfdaşları, sponsorları üçün də ayrılmış 3 mindən çox bilet Azərbaycan vətəndaşı olmayan şəxslər tərəfindən əldə olunub.




  Yayım tarixi :30 Aprel 2019   15:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .