XƏBƏR
20:47

  Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” komandasının üzvlərini medalla təltif edib

Gündəm

Xəbər lenti
Prezident İlham Əliyev "Nə? Harada? Nə zaman?" Televiziya Klubu Komandası üzvlərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiklərinə görə "Nə? Harada? Nə zaman?" Televiziya Klubu Komandasının aşağıdakı üzvləri "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Qasımov Balakişi Ələkbər oğlu

Talıbov Elman Eldar oğlu".




  Yayım tarixi :29 Aprel 2019   20:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .