XƏBƏR
12:43

  Hərbi Hava Qüvvələri bölmələrinin taktiki-xüsusi təlimi keçirilib

Gündəm

Xəbər lenti

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin taktiki-xüsusi təlimi keçirilib.

 

Agyol.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Təlim zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr təyin edilmiş rayonlara çıxarılıb, şərti düşmənin hava hədəflərinin aşkar edilməsi və verilən tapşırığa əsasən qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib.




  Yayım tarixi :29 Aprel 2019   12:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .