XƏBƏR
12:20

  “12-ci gecə, yaxud hər nə istəsəniz” nümayiş ediləcək

Gündəm

Xəbər lenti

Mayın 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz” əsəri əsasında hazırlanan eyniadlı tamaşa yenidən nümayiş olunacaq.

 

Agyol.az  xəbər verir ki,verilən məlumata görə, teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.

 

Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, Ayşad Məmmədov, Aslan Şirin, Məsmə Aslanqızı, aktyorlar Elnar Qarayev və Vüsal Məmmədov, Ziya Ağa, Vüsal Mustafayev və Rəşad Bəxtiyarov, İlahə Həsənova, Nigar Güləhmədova, Xədicə Novruzlu və Əlif Cahangirov çıxış edəcəklər.

 

Tamaşanın dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün elementləri əksini tapıb. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer verilir.




  Yayım tarixi :27 Aprel 2019   12:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .