XƏBƏR
12:05

  Rusiyada raket zavodunda yanğın söndürülüb- yenilənib

Gündəm

Xəbər lenti

Rusiyanın Krasnoyarsk vilayətində “Krasmaş” zavodunda baş verən yanğın insan tələfatı olmadan söndürülüb.

 

Əldə edilən son məlumata görə, “Krasmaş”-da yanğın nəzarət altına alınıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər  yanğın yenidən başlamasın deyə tədbir görürlər.

 

Agyol.az  xəbər verir ki, əldə edilən məlumata görə ,yanğında xəsarət alan olmayıb.  “Roskosmos”un rəhbəri Dmitri Raqozinə hadisə ilə bağlı müntəzəm məlumat verilib.Yanğının raket zavoduna keçməməsi üçün bütün tədbirlər görülüb. Krasnoyarsk sakinlərinə zəhərli tüstüdən qorunmaq üçün qapı və pəncərələri bağlamaq tövsiyə olunub.

 

Xatırladaq ki, yanğın zavodun soyuducu qurğular anbarında başlayıb və 20 min kvadrat metri əhatə edib. Hadisənin başvermə səbəbi araşdırılır.

 

26 aprel.18:20

 

Rusiyanın Krasnoyarsk vilayətində “Krasmaş” zavodunda yanğın başlayıb.

 

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Yanğının ərazisi beş min kvadrat metr təşkil edib. Hadisə nəticəsində yanan dam örtüyü dağılıb.

 

“Krasmaş” zavodu sualtı qayıqlar üçün ballistik raketlər hazırlayır. Müəssisə həmçinin yeni “Sarmat” kontinentlərarası raketi hazırlanması ilə məşğuldur.

 

Zavod 1932-ci ildən fəaliyyət göstərir və strateji əhəmiyyətli sayılır.




  Yayım tarixi :27 Aprel 2019   12:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .