XƏBƏR
11:58

  Azərbaycan Premyer Liqasında bu gün baş tutacaq görüşlər – (siyahı)

Gündəm

Xəbər lenti

Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçiriləcək.

 

Agyol.az  xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq.

 

Əvvəlcə meydana “Zirə” və “Qarabağ” çıxacaq. Mövsümün sonuna yaxın liderliyi ələ keçirən Qurban Qurbanovun yetirmələri bu üstünlüyü əldən vermək istəmir. Rəqibin isə çempionatda heç bir iddiası yoxdur.

 

Bundan yarım saat sonra Masazırda start fiti səslənəcək. “Sabah” son pillədə lövbər salmış “Keşlə”ni sınağa çəkəcək. Tərlan Əhmədovun komandası çətin səfərdə qələbə qazana bilsə, sonuncu yerdən uzaqlaşa bilər.

 

Bayılda isə “Səbail” “Qəbələ” ilə üz-üzə gələcək. Görüş üçüncü pillənin sahibinin müəyyənləşməsi baxımından həlledici əhəmiyyətə malikdir. Rəqibindən 2 xal geridə olan əyalət təmsilçisi qələbə qazanacağı halda onu geridə qoya bilər.

 

Günün son oyununda isə “Neftçi” “Sumqayıt”la qarşılaşacaq. “Ağ-qaralar” əldən verdiyi liderlikdən uzaq düşməmək üçün mütləq qələbə qazanmalıdır.

 

16:30 “Zirə” – “Qarabağ”

 

Zirə İdman Kompleksinin stadionu. Baş hakim: Səbuhi Bayramov

 

17:00 “Sabah” – “Keşlə”

 

“Əlincə Arena”. Baş hakim: İnqilab Məmmədov

 

17:30 “Səbail” – “Qəbələ”

 

“ASCO Arena”. Baş hakim: Əliyar Ağayev

 

19:00 “Neftçi” – “Sumqayıt”

 

“Bakcell Arena”. Baş hakim: Kamal Umudlu




  Yayım tarixi :27 Aprel 2019   11:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .