XƏBƏR
11:47

  Şri-Lankada atışma nəticəsində 15 nəfər ölüb

Gündəm

Xəbər lenti

Şri-Lankanın şərqində atışma nəticəsində azı 15 nəfər, o cümlədən 6 uşaq həlak olub.

 

Agyol.az   xəbər verir ki, bu barədə Şri-Lanka Silahlı Qüvvələrinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, atışma aprelin 26-da axşam saatlarında Kolombonun cənubunda yerləşən Ampara rayonunun Seyntamarutu şəhərində hərbçilərlə İŞİD qruplaşmasının ehtimal edilən üzvləri arasında baş verib.

 

Polis binanın daxilində ehtimal olunan üç terrorçu-kamikadzenin, üç qadının və altı uşağın cəsədini aşkarlayıb. Evin həyətində isə ilkin məlumata əsasən, özlərini partlatmış üç kişinin cəsədi tapılıb. Əməliyyat zamanı güc strukturları əməkdaşlarının xəsarət almadığı bildirilir.

 

Newsfirst portalının məlumatına görə, naməlum şəxslərin Kalmunay şəhərində reyd keçirən hərbçiləri və polis əməkdaşlarını atəşə tutması nəticəsində isə iki əsgər və bir dinc sakin həlak olub, üç nəfər yaralanıb.




  Yayım tarixi :27 Aprel 2019   11:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .