XƏBƏR
10:46

  UEFA Neymara 3 oyunluq cəza verdi - İnstaqram-a görə

Gündəm

Xəbər lenti

UEFA Neymara 3 oyunluq cəza verdi - İnstaqram-a görə

UEFA PSJ-nin futbolçusu Neymarı üç oyunluq cəzalandırıb.

 

Buna onun Çempionlar Liqasının 1/8 finalının "Mançester Yunayted"lə cavab oyunundan (1:3) sonra özünün İnstaqram səhifəsində hakimlər haqqında təhqiramiz ifadələr işlətməsi səbəb olub.

 

Beləliklə, braziliyalı oyunçu 2019/2020 mövsümündə ÇL-in qrup mərhələsinin ilk 3 oyununda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, 27 yaşlı hücumçu matçın sonuna artırılan uzatma dəqiqələrində komandasının qapısına verilən penalti qərarına sərt şəkildə etiraz etmişdi.




  Yayım tarixi :27 Aprel 2019   10:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .