XƏBƏR
15:28

  Putin və In razılığa gələ bilmədi

Gündəm

Xəbər lenti

Rusiya prezidenti Vladimir Putin və KXDR lideri Kim Çen In arasında Vladivostokda gedən danışıqlarda hər hansı konkret razılaşma əldə olunmayıb.

 

Agyol.az  xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov açıqlama verib.

 

Bununla belə, Uşakov liderlər arasındakı söhbətin çox faydalı olduğunu dilə gətirib. Onun sözlərinə görə, Putin və In Koreya yarımadasındakı vəziyyəti, həmçinin, onun inkişafı perspektivlərini müzakirə edib.

 

Xatırladaq ki, Putinlə Kim Çen Inın görüşü aprelin 25-də Vladivostokda baş tutub. Liderlər bağlı qapılar arxasında iki saata yaxın müzakirə aparıb.




  Yayım tarixi :26 Aprel 2019   15:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .