XƏBƏR
14:47

  “Ulduz” filminin Naziki vəfat etdi

Gündəm

Xəbər lenti

Aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında dünyasını dəyişib.

 

Agyol.az  xəbər verir ki, bu barədə aktrisanın oğlu Zeynal Ağazadə məlumat verib.

 

O bildirib ki, ansı son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi.

 

Mərhum aktrisa Bakıda dəfn edilib. Bu gün aktrisanın Təzə Pir məscidində üç mərasimi keçirilir.

 

Qeyd edək ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. O, 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb.

 

1972-ci ilə qədər filmlərə çəkilib. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyədək sevilir.




  Yayım tarixi :26 Aprel 2019   14:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .